“Neftçi” bu gün Misir klubu ilə qarşılaşacaq

“Neftçi” bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində toplanışı çərçivəsində ikinci yoxlama görüşünə çıxacaq.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Misir klubu “Piramids”lə üz-üzə gələcək.

Məhəmməd bin Zayed stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

“Neftçi” BƏƏ toplanışı çərçivəsində ilk matçında Qazaxıstanın “Kayrat” komandasına 3:0 hesabı ilə qalib gəlmişdi.

Yuri Vernidubun rəhbərlik etdiyi komanda hazırlıq çərçivəsində son matçını yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button