“Neftçi” “Azərreyl”lə bacarmadı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun baş tutub.

Komanda.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində “Neftçi” və “Azərreyl” üz-üzə gəliblər.

Gərgin keçən ilk iki hissədə “Azərreyl” rəqibindən daha yaxşı oynayıb və 2:0 hesabı ilə irəli keçib. Boris Qrebennikovun yetirmələri üstünlüklərini növbəti setdə də davam etdirib və qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılıblar.

Beləliklə, “Azərreyl” 21 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 18 xalı (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

“Neftçi” – “Azərreyl” 0:3 (24:26, 24:26, 15:25)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button