“Neftçi” “Araz”la bacarmadı

Bu gün “Olimpik Star”da Yüksək Liqanın 16-cı turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyunda “Baku Fire” “Record club”la üz-üzə gəlib. Oyun nominal qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu lider “Araz”la “Neftçi” arasında baş tutub. “Araz” bu oyundan da qalib ayrılıb.

“Bakı” TFK – EKOL görüşü daha gərgin keçib. Bu oyunda isə EKOL qələbəni bayram edən tərəf olub. Son oyunda da “Xızı Futzal”la qarşılaşan “Marafon” böyükhesablı qələbə qazanaraq xal ehtiyatını artırdı.

Turun turun “Yasamal İSK” – “Premier” (Quba) görüşü ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib.

Yüksək Liqa, 16-cı tur

24 fevral

Baku Fire – Record club 11:1
Qol
: Asif Zeynalov, 03:32; 04:51. Amil Əlimirzəyev, 06:39. Rəvan Abdullayev, 12:53; 21:34; 37:39. Elşən Zərbəliyev, 14:06. Renat Sultanov, 22:19. Hüseyn Qarayev, 31:41; 32:55. Rauf Rüstəmov, 39:37 – Matin Gahramani, 15:05.
Hakimlər: Ramiz Məhərrəmov, Etibar Həsənov, Mahir Məmmədov.

Araz – Neftçi İK 7:2
Qol
: Eshag Soorgali, 03:24. Mehrdad Ghanbarzadeh, 17:38; 35:17. Hadi Ahmadi, 24:13. Rizvan Fərzəliyev, 33:26. Xətai Bağırov, 34:05. Tural İsmayılov, 37:14-öz qapısına – Vahib Xocayev, 20:24. Kənan Manafov, 31:17.
Hakimlər: Ceyhun Hüseynov, Nail Nağıyev, Kənan Məlikov.

Bakı TFK – EKOL 6:7
Qol
: Məhəmməd Bədəlbəyli, 03:00. Fərid Səmədzadə, 08:12. Vüsal Buludov, 08:44; 30:47. Tofiq Əliyev, 21:57; 33:35 – Faiq Əliyev, 14:56. Namiq Məmmədkərimov, 17:04; 29:28; 39:43. Samir Həmzəyev, 18:32; 18:56. Fərid Atakişiyev, 38:35.
Hakimlər: Hikmət Qafarlı, Nahid Xasıyev, Elvin Ağayev.

Xızı Futzal – Marafon FK 1:10
Qol
: Qərib İbrahimov, 11:15 – Majid Khazaei, 01:17; 04:29; 39:22. Mohsen Mohammadzadeh, 03:16. İlkin Hacıyev, 04:45. Tofiq Mikayılov, 13:29. Sərxan Məstiyev, 14:57; 15:12; 33:33. Seymur Məmmədov, 21:27.
Hakimlər: Rahin Heybətov, Knyaz Əmiraslanov, Fuad Həsənov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button