“Neftçi” antirekordunu təkrarladı

“Neftçi” antirekordunu təkrarlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Bu rəqəm 33-cü turun “Qarabağ”la matçından sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.

“Neftçi” ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/2014 mövsümündə buraxıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button