“Neftçi”də yeni məşqçi

“Neftçi-2”-nin məşqçilər korpusuna yeni təyinat olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Poladov “Xəzər” (Sumqayıt), “Kimyaçı” (Sumqayıt), OİK (Bakı), “Şəfa” (Bakı), “Dinamo” (Bakı), “Bakı”, “Turan” (Tovuz), “Şəmkir”, “Olimpik” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) klublarında oynayıb. “Bakı” və “İnter”lə Azərbaycan çempionu, “Şəfa” və “Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. O, “Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button