“Neftçi” 23 000 manat cərimə olundu

AFFA İntizam Komitəsi “Neftçi”ni 23000 manat cərimələyib.

Komanda.az xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.

Misli Premyer Liqasının 23-cü turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda Bakı klubunun azarkeşlərinin təhqiredici pankart açmasına görə klub 15000 manat cərimələnib. Bundan əlavə, həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8000 manat cərimə olunub.

Bundan başqa, “Şamaxı” – “İmişli” oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb. Eyni aqibəti “Kəpəz” klubu da yaşayıb. Gəncə klubundan 4 oyunçu “Zirə” ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button