Nedveddən çempionluq açıqlaması: “Çətin deyil, mümkünsüzdür”

“Yuventus”un vitse-prezidenti Pavel Nedved İtaliya A Seriyasında ardıcıl 8-ci mövsümdə çempion olmaları haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Nedved, bundan sonra heç bir klubun ardıcıl 8 dəfə çempion ola bilməyəcəyini deyib:

“Bu qədər uzun müddət ardıcıl çempion olmaq çətin deyil, mümkünsüzdür. Belə bir şeyi bundan sonra heç bir klub təkrarlaya bilməyəcək. Xüsusilə də İtaliyada. Burda bir dəfə çempion olmaq belə, çətindir.

Qazanırıq. Çünki yaxşı futbolçularımız və məşqçilərimiz var. Ancaq bütün bunların əsasında “Yuventus”un mentaliteti var. Bu klub hər cür tərifə layiqdir. Bu qədər uzun müddət qazanmaq və zirvədə olmaq böyük uğurdur”.

“Yuventus” A Seriyasının 33-cü turunda “Fiorentina”nı 2:1 hesabıyla məğlub edərək, sonra 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Turin təmsilçisi ardıcıl 8-ci, ümumilikdə isə 35-ci dəfə A Seriyasının çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button