“Napoli”dən “Barselona”nın hədəfindəki futbolçuya təklif

“Sassuolo”nun futbolçusu Jeremi Boqa karyerasını digər A Seriyası təmsilçisində davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Napoli” 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Boqanı qış fasiləsində transfer etmək istəyən Neapol klubu, ona illik 1,5 milyon+bonuslar olmaqla, 5 illik müqavilə təklif edib.

Bir müddət əvvəl “Barselona”nın maraq dairəsində olduğu deyilən fransalı futbolçunun “Sassuolo” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. O, bu mövsüm iştirak etdiyi 16 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button