Nazarovun komandasından ardıcıl 4-cü məğlubiyyət

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Bu, Aue klubunun ardıcıl 4-cü məğlubiyyətidir.

Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

23 oyuna 15 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button