Nazarovun komandası yenə məğlub oldu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

30 turdan sonra 37 xala malik “Ersgebirge” 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.