Nazarovun əlindən kapitanlıq sarğısı alındı

Azərbaycan millisinin keçmiş futbolçusu Dmitri Nazarov çıxış etdiyi Almaniyanın “Ersgebirge” klubunda kapitanlıqdan məhrum edilib.

Komanda.az “blick.de”-yə istinadən xəbər verir ki, bu barədə baş məşqçi Pavel Dotçev açıqlama verib.

Ötən ilin dekabrında komandanın “sükanı arxasına” keçən bolqarıstanlı mütəxəssis kapitanlıq sarğısının yenidən qapıçı Martin Manneldə olmasını qərara alıb. Nazarov bundan sonra “Ersgebirge”nin vitse-kapitanı olacaq.

Nazarov 2016-cı ildən Aue təmsilçisində forma geyinir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button