Nazarovsuz darmadağın

Futbol üzrə Almaniya 3-cü liqasında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Köln “Viktoriya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də daxil edilməyib.

“Ersgebirge” 15 turdan sonra 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button