Nazarovla danışırlar – 3-cü Bundesliqada oynaması üçün

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Erzgebirge”də qala bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun gələn mövsüm 3-cü Bundesliqada forma geyinəcəyi gözlənilir.

Klub prezidenti Helge Leonhardt müqavilə müddəti davam edən 12 oyunçudan 7-sinin Bundesliqa 2-ni tərk edən komandada qala biləcəyini söyləyib. Rəhbərlik bir neçə təcrübəli futbolçunu komandada saxlamaqda maraqlıdır ki, onların arasında Nazarov da var. Klub prezidenti hələlik heç kimlə anlaşmadıqlarını, danışıqların davam etdiyini deyib.