Nazarovdan məhsuldar ötürmə

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb. Komandasının 78-cu dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsini də Dmitri verib.

11 turdan sonra 16 xala malik “Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button