Nazarov mövsümün ilk matçında “fərqləndi”

Futbol üzrə Almaniya ikinci bundesliqasında 2021/22 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda səfərdə “Nürnberq”lə qarşılaşıb. Qarşılaşma qolsuz bitib.

Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Millimizin sabiq yarımmüdafiəçisi 45+1-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button