Nazarov baş məşqçisiz qaldı

Almaniyanın “Ersgebirge” komandasının baş məşqçisi Timo Rost istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstefaya Aue təmsilçisinin 3-cü Liqanın cari mövsümündə uğursuz çıxışı səbəb olub. Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında 9 turdan sonra cəmi 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

“Ersgebirge”də Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov da çıxış edir. O, 2014-cü ildən Azərbaycan millisinin də formasını geyinir.