Naxçıvanda beynəlxalq turnir keçiriləcək

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.

Komanda.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarış sentyabrın 21-22-də baş tutacaq.

Bölgədə təşkil olunacaq ilk beynəlxalq turnir çərçivəsində Naxçıvan Olimpiya İdman Kompleksi kiçikyaşlı, yeniyetmə və gənc gimnastları qonaq edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button