“Valensiya”da alban müdafiəçi?

“Napoli”nin müdafiəçisi Elseid Husay karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqada mübarizə aparan “Valensiya” alban müdafiəçini heyətinə qatmaq niyyətindədir. Futbolçunun agenti Mario Cuffredi də xəbəri təsdiqləyib:

“Valensiya” ilə danışıqlarımız davam edir. Klub rəhbərliyi ilə görüşümüz oldu. Yaxın bir neçə gündə yeni xəbər ola bilər”.

“Valensiya”nın 25 yaşlı futbolçunu icarə əsasında heyətinə qatacağı, bir müddət sonra isə 20 milyon avro müqabilində birdəfəlik transfer edə biləcəyi deyilir.

“Napoli” ilə 2021-ci ilədək müqaviləsi olan Husay, son mövsümdə 35 matçda iştirak edib. Onun adı “Atletiko” və “Tottenhem” kimi klublarla yanaşı çəkilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button