MY “Napoli”nin futbolçusu ilə maraqlanır

“Napoli”nin futbolçusu Fabian Ruis karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, ispan yarımmüdafiəçi ilə “Mançester Yunayted” klubu yaxından maraqlanır. Bu barədə “The Mirror” nəşri məlumat yayıb.

“Mançester Yunayted” 25 yaşlı futbolçu üçün “Napoli”yə rəsmi təklif göndərməyə hazırlaşır.

Ruis bu mövsüm “Napoli” ilə 19 oyunda 5 qol vurub. Yarımmüdafiəçi ilə İspaniyanın “Barselona” və Fransanın PSJ klubları da maraqlanır.