“Tottenhem”in prezidenti Qattuzonu izləyir

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo yeni mövsümdə İngiltərədə çalışa bilər.

Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Tottenhem” komandasına baş məşqçi təyin oluna bilər. Bu barədə İtaliyanın “Rai Sport” idman kanalı məlumat yayıb. Xəbərdə, “Tottenhem” klubunun prezidenti Daniel Levinin Qattuzonu yaxından izlədiyi və mövsümün sonunda onun komandaya təyinatı variantını nəzərdən keçirəcəyi bildirilib.

Qattuzonun “Napoli” ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasında 4-cü sıradadır.

“Tottenhem”i hazırda müvəqqəti olaraq Rayan Meyson çalışdırır. London təmsilçisi Premyer Liqada 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button