“Böyük bir iş bacardığımızı düşünürəm” – Ançelotti

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Liverpul”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, 2:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

“Liverpul”la oyuna yaxşı hazırlaşmışdıq. Əsas məqsədimiz oyunu səhvsiz başa vurmaq idi. Futbolçular da meydanda lazım olan şeyləri etdilər. Top “Liverpul”da olarkən, yaxşı müdafiə olunduq. Sonrasında da sürətli hücuma çıxdıq.

Böyük bir iş bacardığımızı düşünürəm. Çünki “Liverpul” hazırda Avropanın ən yaxşı komandasıdır”.