“Napoli”dən “Everton”a

İtaliyanın “Napoli” klubunun futbolçusu İrvinq Lozano karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı forvard “Everton”un hədəfindədir. Mersisayd klubu italyanlara rəsmi təklif göndərməyə də hazırdır. Lozanonun transferinə müsbət yanaşan “Napoli” onun üçün 50 milyon avro tələb edir.

Meksikalı futbolçunun “Napoli” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button