“Napoli”dən Bundesliqa klubuna

Şimali Makedoniya millisinin üzvü Elif Elmas “Napoli”dən “Leypsiq”ə keçib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

Bu transfer üçün Almaniya təmsilçisi 25 milyon avro təzminat ödəyib.

Elmas yeni klubunda 6 nömrəli forma geyinəcək.

Elmas bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button