“Napoli”dən “Nitsa”ya

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “Napoli” klubunun hücumçusu Adam Unası heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransızlar 23 yaşlı əlcəzairli hücumçunu satınalma şərti ilə 1 illik icarəyə götürüblər.

Fransa doğumlu Unas, bu ölkənin “Bordo” klubunun yetirməsidi. O, “Napoli”yə 2017-ci ildə transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button