“Napoli” müdafiəçisini itirdi

İtaliya A Seriyasının 21-ci turu çərçivəsində “Cenoa”ya 1:2 hesabı ilə məğlub olan “Napoli” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “Napoli”nin müdafiəçisi Kostas Manolas sıradan çıxıb. Oyunun 68-ci dəqiqəsində zədələnən futbolçu, meydanı erkən tərk edib. Klubun yaydığı məlumatda, Manolasın sağ ayağından zədə aldığı bildirilib.

29 yaşlı futbolçunun vəziyyətinin ciddi göründüyü və bu gün tibbi müayinədən keçəcəyi bildirilir.

Manolas cari mövsümdə 22 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button