“Napoli” milli üzvü ilə yeni müqavilə düşünür

“Napoli” cənubi koreyalı müdafiəçi Kim Min Jae ilə müqaviləni uzatmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 26 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Bu mövsüm Kim “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb və 2 qol vurub.

Müdafiəçi DÇ-2022 üçün Cənubi Koreya yığmasına dəvət edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button