ÇL: “Napoli” iddialı və başı dik oynayan amansız rəqibdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Napoli” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək qiymətləndirib:

“Oyun çətin, amma yaxşı idi. “Napoli” iddialı və başı dik oynayan amansız rəqibdir. Birinci yarıda çoxlu həll yollarımız var idi, xüsusən Çud Bellingem və Rodriqonun sayəsində. Biz çox yaxşı mübarizə apardıq, matçın həlledici mərhələsi gələndə oyuna nəzarət etdik. Həm də, imkanlarınız yarandıqda istifadə etdik”.

“Real” 6 xalla C qrupunun vahid lideri olub. “Napoli” 3 xalla 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button