“Nant” “Qarabağ”la oyundakı hadisələrə görə cəzalandı

UEFA Fransanın “Nant” klubunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Buna Liqa 1 təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la ev oyunundakı (2:1) hərəkətləri səbəb olub.

Klub “Bojuar” stadionunda ictimai keçid yolları bağlanmasına görə 12 min avro, atəşfəşanlığa görə isə 30 min avro cərimələnib. Üstəlik, UEFA İtaliya “Yuventus”una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün də “Nant”a xəbərdarlıq edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button