Namik Ələskərov qol vurduğu oyundan danışdı – VİDEO

Azərbaycan millisinin “Bursaspor”da çıxış edən üzvü Namik Ələskərov Türkiyənin 1-ci liqasının 10-cu turunda “Balıkəsirspor”a qalib gəldikləri matç haqqında danışıb.

Komanda.az xəbər verir ki, görüşdə fərqlənərək komandadakı ilk qolunu vuran 26 yaşlı yarımmüdafiəçi yerli jurnalistlərə açıqlamasında qələbəni belə şərh edib:

“Ardıcıl iki oyunda qalib gəlmişik. Bu seriyanı davam etdirmək istəyirik. Artıq komandaya alışmışam. Hər şey yaxşıdır. Düşünürəm ki, ilk qoldan sonra hər şey daha da yaxşı olacaq. Mövsümə çox pis başlamışdıq. Amma artıq uyğunlaşma müddətini keçmişik. İndi hər şey daha yaxşıdır. İrəlidə yaxşı nəticələr əldə edəcəyimizə inanıram”.

“Bursaspor” rəqibini 2:0 hesabı ilə məğlub edib. İlk qolu Namik Ələskərov vurub. Bu, onun həm də Türkiyə liqasında birinci qolu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button