“Neftçi”nin 8-ci bombardiri

Namik Ələskərov Premyer Liqada 2020/2021 mövsümünün bombardiri olub.

Komanda.az xəbər verir ki, o, bu uğura “Neftçi”nin heyətində nail olan 8-ci futbolçudur. Ona qədər Samir Ələkbərov, Nazim Əliyev, Qurban Qurbanov, Bahodir Nasimov, Nikolas Kanales, Stiven Monroz və Baqali Dabo belə uğur əldə edib.
19 qol vuran Namik son 8 mövsümün ən məhsuldar bombardiridir.

Sonuncu dəfə belə yüksək məhsuldarlığa 2013/14 mövsümündə rast gəlinib, Reynaldo 22 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button