Nağıyevin komandası “Minay”la bacarmadı

Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Minay”ı qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“İnqulets” 4 oyundan sonra cəmi 2 xalla 14 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button