“Nəticəyə görə məyusuq, amma…” – Milner

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Atletiko”ya 2:3 hesabı ilə məğlub olan “Liverpul”un futbolçusu Ceyms Milner açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi, mübarizəni dayandırdıqları oyunu belə şərh edib:

“Oyunun əvvəlindən çox yaxşı çıxış etdiyimizi düşünürəm. Çox güclü komandaya qarşı çoxsaylı epizodlar yaratdıq. Onların sayını nəzərə alsaq, daha bir və ya iki qol vurmağımız lazım idi.

Nəticəyə görə məyusuq, amma bir araya gəlib, mövsümü uğurlu şəkildə bitirməliyik. Daha irəli getmək istəyirdik, stadiondakı atmosfer, azakeşlər də əla idi. Amma buraxılan qollar nəticəni müəyyənləşdirdi. Artıq mövsümün sonuna qədər mümkün qədər çox oyunda qalib gəlmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button