Nəbiyevli “Slaviya” doğma meydanda uduzdu

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda 12-ci tur çərçivəsində doğma meydanda Praqa “Sparta”sı ilə qarşılaşıb. Futbolçumuzun derbidən məğlubiyyətlə ayrılıb – 2:3.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.

“Slaviya”nın U-21 komandası 12 turdan sonra 21 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button