Nəbiyevin vurduğu qol “Viktoriya”nı məğlubiyyətdən xilas etmədi

Çexiyanın “Viktoriya” (Jijkov) klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi sözügedən klub Praqa “Sparta”sı ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Komandasının yeganə qolunu da ilk hissədə Nəbiyev vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button