“Qvardiola İngiltərə futbolunda qaldığı müddətdə “Mançester Yunayted” “Mançester Siti”ni zirvədən silməyi unuda bilər”

“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager “Mançester Yunayted”in hansı şərtlər altında İngiltərə futbolunda liderliyini bərpa edə biləcəyini açıqlayıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, komandanın bu liderliyə nail olması üçün məşqçilər korpusunu dəyişməli olduğunu bildirib:

“Pep Qvardiola İngiltərə futbolunda qaldığı müddətdə “Mançester Yunayted” “Mançester Siti”ni zirvədən silməyi unuda bilər.

“Mançester Yunayted” sahiblərini dəyişə, dünyanın ən yaxşı icraçı direktoru və idman direktorunu tapa, seleksiya departamentini yeniləyə və klubu yenidən qura bilər. Fərq etməz, nə qədər ki, Qvardiola buradadır, “Mançester Siti”nin narahat olacağı bir şey yoxdur”.

Bu gün Premyer Liqanın növbəti turu çərçivəsində “qırmızı şeytanlar” “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button