Nəriman Abbasov kəmərini qorumaq üçün “Piranya” ilə döyüşəcək

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov UFC məsələsi reallaşanadək növbəti dəfə “AMC Fight Nights” kəmərini müdafiə edəcək.

Komanda.az xəbər verir ki, Abbasov yüngül çəkidə qazandığı kəməri müdafiə etmək üçün “Piranya” ləqəbli Marif Pirayevlə qarşılaşacaq.

Rusiya təmsilçisi ilə görüş iyunun 10-da, döyüşdən öncəki mətbuat konfransı isə mayın 17-də keçiriləcək. Döyüş Moskvanın İrina Viner-Usmanova adına sarayda baş tutacaq.

Bu döyüşədək 29 yaşlı Pirayev 30 dəfə qələbə qazanıb, 4 dəfə məğlub olub və 1 dəfə heç-heçə edib. 28 yaşlı Nəriman Abbasov isə 27 dəfə qələbə qazanıb və cəmi 3 dəfə uduzub. O, son 12 döyüşdür ki, məğlub olmur.