Nərgiz İsmayılovaya növbəti etimad

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Komanda.az xəbər verir ki, İsmayılova 16 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin D qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oyunlar mayın 7-9-da Polşanın Valbjix şəhərində baş tutacaq. D qrupunda ev sahibləri ilə yanaşı, Litva, Niderland və Fransa milliləri mübarizə aparacaqlar.