Nəbiyevli “Viktoriya” doğma meydanda xal itirdi

Futbol üzrə Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Blansko” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb, 55-ci dəqiqədə əvəzlənib.

17 turdan sonra 23 xala malik “Viktoriya” 7-ci pillədə qərarlaşıb.