Nəbiyevin komandası səfərdən xalsız döndü

Futbol üzrə Çexiya 2-ci divizionunda 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Mas Taborsko” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb.

“Viktoriya” 29 turdan sonra 15 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button