Nəbiyevdən yeni mövsümə qollu start

Futbol üzrə Çexiya 2-ci divizionunda 2021/22 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda səfərdə “Lişen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 1-ci dəqiqədə məhz azərbaycanlı hücumçu vurub. 56-cı dəqiqəyə qədər 2:0 öndə olan “Viktoriya” sonrakı dəqiqələrdə 3 qol buraxmaqla meydanı məğlub tərk edib.