“Nə etməli olduğumuzu bilirəm” – “Tottenhem”in baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandasının İngiltərə Premyer Liqasındakı çıxışından danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis nəticələrini necə yaxşılaşdıracağını bildiyini deyib:

“Əvvəllər dəfələrlə bu vəziyyətdə olmuşam, ona görə də təcrübəliyəm. Nə etməli olduğumuzu bilirəm. Ancaq bir çox futbolçum üçün bu ilk dəfədir. Belə problemlərin olacağını bilirdim”.

İngiltərə çempionatının son beş oyununda Postekoqlunun komandası dörd məğlubiyyət alıb, bir dəfə heç-heçə edib. Eyni zamanda, bu görüşlərin hər birində 1:0 hesabı ilə öndə olan, ardıcıl beş matçda qalib gələ bilməyən ilk komanda olmaqla Premyer Liqanın antirekorduna imza atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button