“Barselona” Kluyvertlə danışıqlara start verib

“Barselona” rəhbərliyi klubun gənc vingeri, sabiq futbolçu Patrik Kluyvertin oğlu Şeyn Kluyvertlə müqavilənin müddətini uzatmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar yeni sözləşmə ilə bağlı danışıqlara start verib.

18 yaşlı futbolçu hazırda “Barselona B”nin heyətində çıxış edir və mövcud anlaşmasının müddəti gələn yay bitəcək. Kluyvert hələ yekun qərarını verməyib.

Niderlandlı futbolçu 2017-ci ilin iyulunda PSJ-nin gənclər komandasından ayrıldıqdan sonra azad agent kimi “Barselona”ya qoşulub. O, cari mövsümdə Sequndada 4, UEFA Gənclər Liqasında isə 5 matçda forma geyinib və keçmiş komandası PSJ-nin qapısına 1 qol vurub.

Şeynin atası, Niderland millisinin sabiq hücumçusu Patrik Kluyvert 1998–2004-cü illər aralığında “Barselona”nın əsas heyətində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button