“Mançester Yunayted”də “Poçettino” səsləri

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşerlə yollarını ayırmaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən “qırmızı şeytanlar” norveçli mütəxəssisi istefaya göndərməyə hazırlaşır. Klub rəhbərliyi Sulşerin əvəzləyicisini də tapıb. Mançester təmsilçisi “Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonu komandanın “sükanı arxasına” gətirmək niyyətindədir. Klubun argentinalı mütəxəssis üçün 32 milyon funt-sterlinqlik təzminat məbləğini də ödəməyə hazır olduğu bildirilir.

Poçettinonun adı “Real”la da yanaşı çəkilir.

“Tottenhem” Poçettinonun rəhbərliyi altında keçən mövsüm Çempionlar Liqasının finalına yüksəlmiş və həlledici oyunda “Liverpul”a 0:2 hesabı ilə məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button