“Barselona”nın futbolçusunu istəyir – “Mançester Yunayted”in yeni sahibi

Fransa millisinin və “Barselona”nın müdafiəçisi Jül Kunde komandasını dəyişə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunu transfer etməkdə maraqlıdır.

“Qırmızı şeytanlar” Kundeni müdafiəçi Aaron Van-Bissakanın əvəzləyicisi kimi nəzərdən keçirirlər. “Mançester Yunayted”in yeni sahibi Cim Ratkliff fransalı futbolçu ilə şəxsən maraqlanır.

Kunde 2022-ci ildən “Barselona”da çıxış edir. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ilin ortalarına qədər hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button