MY Mourinyoya ödədiyi təzminatın məbləğini açıqladı

İngiltərənin “Mançester Yunayted” klubu ötən ilin dekabr ayında istefaya göndərdiyi sabiq baş məşqçisi Joze Mourinyoya ödədiyi təzminatın məbləğini açıqlayıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə portuqaliyalı mütəxəssisə 25 milyon avro təzminat ödədiyini bəyan edib.

Qeyd edək ki, Mourinyo “Liverpul”a 1:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi. Onun əvəzində “qırmızı şeytanlar” baş məşqçi postuna Ola Qunnar Sulşeri gətirib.

“Mançester Yunayted”dən ayrılandan bəri heç bir komandanı çalışdırmayan Mourinyonun yeni iş yeri də müəyyənləşib. O, bundan sonra Rusiyada yerli kanalların birində Çempionlar Liqasının oyunlarını şərh edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button