“Mançester Yunayted” ona görə 102 milyon avro ödəyəcək?

“Mançester Yunayted”in “Napoli”nin futbolçusu üçün sürpriz təklif hazırladığı iddia edilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol təmsilçisinin 27 yaşlı futbolçusu Xalidu Kulibali “qırmızı şeytanlar”ın transfer hədəfindədir. İngiltərə klubu seneqallı müdafiəçini heyətinə qatmaq üçün “Napoli”yə 102 milyon avroluq transfer təklifi göndərməyə hazırlaşır.

Bundan başqa, İngiltərənin “The Sun” nəşri də “qırmızı şeytanlar”ın müdafiəçi üçün 90 milyon funt-sterlinqlik təklif irəli sürdüyünü bildirib.

Məsələylə bağlı açıqlama verən Kulibali, bütün fikrinin “Napoli”də olduğunu deyib:

“Belə təklifin olduğunu bilmək xoşuma gəlir və qürur duyuram, amma hazırda yalnız “Napoli”yə köklənmişəm. Meydanda nələr edə biləcəyimi sübut etməyə çalışıram. Bu klubda mənim üçün çox gözəl mühit var. Komanda olaraq ən üst səviyyədə olduğumuzu göstərmək istəyirik. Mən də burda öz oyunumu artırmağa davam etmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button