Sulşerə yeni müqavilə təklif olunacaq

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşerlə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub, Sulşerin xidmətindən məmnundur. “Qırmızı şeytanlar” norveçli mütəxəssisə yeni müqavilə təklif edəcək. Cari mövsümün sonunda tərəflər arasında yeni müqavilə ilə bağlı müzakirələrin aparılacağı bildirilir. Sulşerə təklif ediləcək müqavilənin detalları da açıqlanıb. Belə ki, MY mütəxəssisə iki illik müqavilə təklif edəcək və məvacibi artıraraq, 6 milyon funt-sterlinq edəcək.

47 yaşlı mütəxəssisin “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button