MY “Atletiko” ilə oyunçu dəyişə bilər

“Atletiko” və “Mançester Yunayted” yay transfer pəncərəsində oyunçu mübadiləsi edə bilər.

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, Mançester təmsilçinin vingeri Meyson Qrinvud “Atletiko”ya keçə bilər. Razılaşma əldə olunarsa, Madrid klubunun hücumşusu Joao Feliks də Mançesterə yollanacaq. 

Ötən mövsüm hər iki futbolçu icarəyə götürülüb. Qrinvud “Xetafe”də, portuqaliyalı Feliks isə “Barselona”da çıxış edib. 

Qrinvud La Liqada 33 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Feliks 30 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button