MY “Aston Villa”nın bombardirini “qaralayıb”

“Mançester Yunayted” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Aston Villa”nın forvardı Olli Uotkinsi hədəf alıb.

Mançester klubu Uotkinsin hücum xəttində Rasmus Hoylundla yaxşı tandem təşkil edəcəyini düşünür. 

İngilis hücumçu “transfermarkt” portalı tərəfindən 65 milyon avro dəyərində qiymətləndirilir.

“Aston Villa”nın hücumçusu bu mövsüm Premyer Liqanın bombardirləri siyahısında 19 qolla 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button