“Mutu ilə yeni mərhələdən keçirik” – Emin Mahmudov

“Neftçi”nin futbolçusu Emin Mahmudov komandanın yeni baş məşqçisi Adrian Mutu və UEFA Konfrans Liqası haqda danışıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi “euro-football.ru”-ya müsahibəsində bütün diqqətlərini Konfrans Liqasına yönəltdiklərini bildirib:

“Bu yaxınlarda baş məşqçi təyin olunan Adrian Mutu ilə yeni mərhələdən keçirik. Bir həftə sonra avrokuboklarda oyunumuz var. Düşünürəm ki, yavaş-yavaş Avropa yarışlarına hazırlaşacağıq. Meydandakı mövqeyim isə məni narahat etmir, hər şey qaydasındadır. Komandada mənə arxalanırlar”.

“Neftçi” Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. “Ağ-qaralar” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button